Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti “Apple”ı ötdü
Сənubi Koreyanın “Samsung” şirkəti amerikalı müştərilər arasında “Apple” ilə müqayisədə daha yüksək nüfuza malikdir. ABŞ-ın 17 min sakini arasında sorğu keçirmiş “Harris Poll” tədqiqat agentliyinin analitikləri belə nəticəyə gəliblər.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, tədqiqatın nəticələrinə əsasən, “Samsung” şirkəti reytinqin üçüncü pilləsində qərarlaşıb. İlk pillədə qida məhsulları üzrə ticarətlə məşğul olan “Wegmans Food Market” yerləşib. “Amazon.com” saytı isə ikinci olub.
“Apple” və “Google” şirkətləri ilk onluqda yer alıblar.
“Harris Interactive”in mütəxəssisləri 1999-cu ildən etibarən hər il "Harris Poll Reputation Quotient" tədqiqatını keçirirlər. Reputasiyanın əmsalı 6 parametrə (sosial məsuliyyət, emosional cəlbedicilik, maliyyə nəticələri, məhsullar və xidmətlər, liderlik, işçi mühit) əsaslanır.
“Harris Poll” tədqiqat agentliyi iddia edirlər ki, müasir dünyada alıcıların etibarının yüksək səviyyəsi və korporativ nüfuz ən vacib rəqabət üstünlüyüdür.
Emil Hüseynov
17/02/15 Çap et