Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ötən il 19 müəllifin 29 əsəri elektron qeydiyyatdan keçirilib
Ötən il ərzində Müəllif Hüquqları Agentliyinin (MHA) “Elektron xidmət” bölməsinə 72 müraciət daxil olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, agentliyin 2014-cü il üzrə fəaliyyəti barədə qısa icmalda əksini tapıb.
İcmalda qeyd olunur ki, MHA 19 müəllifin 29 əsərini elektron qeydiyyatdan keçirib və 29 qeydiyyat haqqında şəhadətnamə göndərib.
Həmçinin məlumat verilir ki, “Elektron xidmət” bölməsindən istifadə asanlaşdırılıb, əsərlərin qeydiyyatına görə onlayn ödəniş sistemi təmin edilib.
CAHANGİR
17/02/15 Çap et