Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən böyük smartfon bazarında artım tempi yüksəlib
Çinin smartfon bazarında artım tempi sürətlənib. “International Data Corporation” (IDC) analitiklərinin məlumatına görə, yerli “Xiaomi” şirkəti ölkədə smartfonların satışı üzrə lider olub.
Analitiklər bildirib ki, 2014-cü ilin dördüncü rübündə Çinə smartfon tədarükünün həcmi 107,5 milyon təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz daha yüksəkdir. 2014-cü ilin üçüncü rübündə illik hesablama üzrə 11 faiz artım qeydə alınıb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IDC” şirkətinin məlumatına görə, “3G”-qurğuların tədarükünün azalmasına baxmayaraq, "ağıllı" telefonların satış həcmi artmağa davam edir. Dördüncü nəsil şəbəkəsini dəstəkləyən modellər, həmçinin internet mağazalar tələbatın yeni stimulyatorudur.
2014-cü ildə Çinin smartfon bazarının həcmi 420,7 milyona çatıb.
Emil Hüseynov
18/02/15 Çap et