Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal smartfon bazarının həcmi 23 faiz artıb


Almaniyanın “GfK” analitik şirkəti qlobal smartfon bazarına həsr edilmiş hesabatını dərc edib. “TechCrunch” nəşri yazıb ki, hesabata əsasən, 2014-cü ildə smartfon bazarının həcmi 23 faiz yüksəlib. Dünyada 1,23 milyard smartfon satılıb və ümumi gəlir 381 milyard dolları ötüb.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, amma analitiklərin proqnozuna görə, artım tempi tədricən azalacaq. Belə ki, 2015-ci ildə bazarın gözlənilən artımı 15 faiz təşkil edəcək.

Ötən il Latın Amerikası (+59 faiz) və Asiya-Sakit okean regionunun (+55 faiz) inkişaf etməkdə olan ölkələrinin bazarlarında ən böyük artım qeydə alınıb. Çinin smartfon bazarında 9 faiz artım müşahidə edilib. Lakin bütün satılmış qurğuların təxminən 33 faizi Çinin payına düşür.

Emil Hüseynov




18/02/15    Çap et