Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Snapchat” startapı yeni sərmayə axtarışındadır
"Snapchat" 500 milyon dollar dəyərində sərmayə cəlb etmək istəyir, bu addım mobil mesaj şirkətinin qiymətləndirilməsini 19 milyard dollara çatdıracaq.
"ICTnews" xəbər xidmətinin "Bloomberg"ə istinadən verdiyi məlumata əsasən, 2013-cü ildə "Facebook İnc"in 3 milyard dollara almaq istədiyi şirkətin son qiymətləndirməsi onun sürətlə genişlənməsinə səbəb olub.
Ötən maliyyə ilinin nəticələrinə əsasən, "Snapchat"ın fəaliyyəti 10 milyard dollar dəyərində qiymətləndirilir. Hazırda şirkətin idarə heyəti fond idarəçiləri ilə danışıqlar aparır.
"Bloomberg" qeyd edir ki, sözügedən sərmayə baş tutsa, "Snapchat" 16-19 milyard dollar dəyərində qiymətləndirilə bilər.
Kəskin surətdə qiymət artımı ilə yanaşı, "Snapchat" yeni istifadəçi bazasının və servislərinin genişləndirilməsini hələ də davam etdirir. Keçən ay CNN və ESPN kimi kütləvi informasiya xidmətlərinin video və məqalələri artırılıb. Bu isə "Snapchat"ı rəqib kimi "Facebook İnc" və "Twitter Inc"ə daha da yaxın edir.
Qeyd edək ki, qapalı səhmləri olmayan ən bahalı startapların siyahısında "Snapchat" 19 milyard dollar qiymətləndirilməsi ilə 3-cü yerdədi.
Aynur Vəliyeva
18/02/15 Çap et