Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ilin sonunadək planetin hər üçüncü sakini “LTE” şəbəkəsinə çıxış imkanına malik olacaq


“GSMA Intelligence” (GSMA Mobil Rabitə Operatorları Assosiasiyasının bölməsi) tədqiqat firmasının proqnozuna görə, 2015-ci ilin sonunadək dördüncü nəsil şəbəkəsi (LTE) planetin əhalisinin 35 faizinin yaşadığı ərazilərdə yayılacaq.

Ekspertlər bildirir ki, “4G” ən sürətlə yayılan mobil rabitə texnologiyasıdır. 2014-dən 2020-ci ilədək “LTE” şəbəkələrə qoşulmaların sayı illik orta hesabla 30 faiz artacaq.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ilk kommersiya “4G” şəbəkələri 2009-cu ilin dekabrında işə salınıb. 2015-ci ilin yanvarında belə şəbəkələrin sayı 352-yə çatıb. Analitiklər ötən ilin sonunadək 490 milyon “LTE” qoşulma (1 il əvvəl 200 milyon idi) qeydə alınıb ki, bu da abunəçi qurğuları qoşulmalarının ümumi sayının 7 faizi deməkdir. 2013-cü ilin sonunda bu göstərici 3 faiz idi.


“GSMA Intelligence” tədqiqat firması yüksək artım tempinin saxlanılmasına əmindir. Gözləntilərə görə, 2015-ci ilin dekabrında dünyada 875 milyon “LTE” qoşulma olacaq və 5 il sonra dördüncü nəsil şəbəkəsi planetin əhalisinin 63 faizinə əlçatan olacaq.


Emil Hüseynov
 
 




19/02/15    Çap et