“Secunia”: “Ekspertlər “Google Chrome” brauzerində 71 boşluq aşkar edib”
“Secunia” informasiya təhlükəsizliyi şirkətinin statistikasına əsasən, "Google Chrome” brauzerində 71 təhlükəsizlik problemi müəyyən olunub. Brauzer bu göstərici ilə 2015-ci ilin yanvarında aşkar olunan boşluqların sayına görə birinci yeri tutub.
2014-cü ildə boşluqların aşkarlanmasına görə mükafatların ödənilməsi üzrə proqram çərçivəsində “Google” şirkəti 1,5 milyon dollardan çox vəsait xərcləyib. Məhz verilən pul mükafatları mütəxəssislər tərəfindən "Google Chrome” brauzerinə göstərilən xüsusi marağı izah edə bilər.
“Secunia” şirkətinin statistikasında həmçinin yanvarda və fevralın əvvəlində aktiv istifadə olunan “Flash Player” pleyerinin üç boşluğu yer alıb. Boşluqlar "Mozilla Firefox” və “Internet Explorer” brauzerlərinin işinə qarşı yönəlib.
Boşluqlar üzrə ilk iyirmiliyə 19 boşluğun aşkar edildiyi “Oracle Java JRE” və “SDK” proqram təminatları daxil olub. Boşluqların sayına görə sonrakı yerlərdə “Mozilla Firefox” brauzeri (16 problem), “Oracle VirtualBox” (13) və “Adobe Flash Player” (12) qərarlaşıb, -
“SecurityLa” yazır.