Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT sahəsinin qadınları ayrı-seçkilikdən şikayət edir


İnformasiya texnologiyaları (İT) sahəsində çalışan qadınların dörddə bir hissəsi sahədəki mövcud ayrı-seçkilikdən şikayət edərək heç vaxt rəhbər vəzifə tuta bilməyəcəyini hesab edir.
 
Belə ki, “O2” şirkəti tərəfindən keçirilən sorğuda rəyi soruşulanların yarısı bildirib ki, şirkətlərdə ümumiyyətlə qadın menecerlərin sayı yetərli qədər deyil, üçdə iki hissəsi isə bütün vacib qərarların kişilər tərəfindən qəbul olunmasına əminliyini ifadə edib. Maraqlıdır ki, hamı şirkətləri adi vəzifələri süni şəkildə qadınlarla doldurmaqla gender bərabərliyinə əməl olunması görüntüsü yaratmaqlarına görə tənqid edir.  
 
“О2” Britaniyanın "CIPD” Peşə İnkişafı İnstitutu ilə birlikdə məqsədi 2020-ci ilədək İT sahəsində çalışan qadınların rəhbər vəzifələrdə payının ən azı 20 faiz səviyyəsinə çatdırılması olan proqramın hazırlanması ilə məşğuldur, - "Computerworldyazır. 




19/02/15    Çap et