Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTTP/2” protokolunun spesifikasiyası təqdir edilib
“IETF” (“Internet Engineering Task Force”) təşkilatı yeni “HTTP/2” standartının spesifikasiyasını rəsmən təqdir edib. Bu haqda “IETF HTTPBIS” işçi qrupunun rəhbəri Mark Nottinhem öz bloqunda yazıb.
Yeni “HTTP/2” standartı üzərində işlər, demək olar bitib, amma spesifikasiya sonuncu təsdiqlənmə mərhələsini keçməlidir, bundan sonra dərc ediləcək.
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “HTTP (“Hypertext Transfer Protocol”) protokolu müasir internetin əsasını təşkil edir. Bu standart əsasında brauzerlərlə veb-serverlərin qarşılıqlı əlaqəsi həyata keçirilir, nəticədə veb səhifələr görsənir.
Qeyd edək ki, sözügedən protokola əvvəlki dəyişikliklər 1999-cu ildə edilib. O vaxt “HTTP 1.1” spesifikasiyası təsdiq edilmişdi.
Emil Hüseynov
19/02/15 Çap et