Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada açılıb-bağlanan telefonlar yenidən populyarlaşıb


Yaponiyada ənənəvi açılıb-bağlanan telefonlar gözlənilmədən populyarlaşmağa başlayıb, bu halda smartfonlara tələbat azalır.
 
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, Yaponiyada 7 ildə ilk dəfə açılıb-bağlanan telefonların satış həcmi yüksəlib. “MM Research Institute”un analitikləri aydınlaşdırıb ki, 2014-cü ildə 10,58 milyon belə model satılıb ki, bu da 2013-cü illə müqayisədə 5,7 faiz daha çoxdur. Bu halda smartfonların tədarükü 27,7 milyon azalıb.
 
Analitiklər hesab edir ki, açılıb-bağlanan telefonların populyarlaşması Yaponiyada mobil rabitə və internetdən istifadə haqqının baha olması ilə bağlıdır, buna görə də sakinlərin əksəriyyəti smartfonları məqsədəuyğun hesab etmir və köhnə modellərdən istifadə edirlər.
 
Məlumat üçün bildirək ki, Yaponiyada 125 milyon abunəçi (əhalinin 98,5 faizi) mobil rabitədən istifadə edir.
 
Emil Hüseynov





19/02/15    Çap et