Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
XİN: “Facebook” separatçı Dağlıq Qarabağ rejimi ilə bağlı yol verdiyi yanlışlığı aradan qaldırıb”
Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan “Facebook” şirkəti Azərbaycanın işğal olunmuş ərazisi – Dağlıq Qarabağ bölgəsi ilə əlaqədar yol verdiyi yanlışlığı aradan qaldırmaq məqsədi ilə addımlar atıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. XİN-dən bildirilib ki, qondarma rejimin “hökumət”inin “Facebook” səhifəsinin “verified” statusu ləğv edilib.
Adıçəkilən nazirliyin sözçüsü Hikmət Hacıyev bildirib ki, müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub:
“Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökumət”inin “Facebook” səhifəsinə verilmiş “verified” statusu “Facebook” şirkəti tərəfindən aradan qaldırılıb”.
SEYMUR
19/02/15 Çap et