Şotlandiya hökuməti yeni domenə keçib
Şotlandiya hökuməti rəsmi saytının yeni “.SCOT” domen zonasına keçməsini bəyan edib.
Sayt yeni “www.gov.scot” ünvanına keçsə də, əvvəlki “www.scotland.gov.uk” fəaliyyətini davam etdirəcək.
Hökumət nümayəndələri bununla şotlandiyalıların xalq düşüncəsini artırmaq və onların mədəniyyətinin inkişafına yönələn yeni “.SCOT” yüksəksəviyyəli domen adını dəstəkləmək niyyətindədir.
2014-cü ilin sentyabrında istifadəyə verilən “.SCOT” domenində hazırda 8 minə yaxın ad qeydiyyatdan keçib, - "
Webnames” yazır.