Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “LoopPay” startapını alır


“Apple İnc” ilə “Samsung Electronics Co Ltd”  smartfon ödənişləri servisinin buraxılışı üçün gedən rəqabətin nəticəsində “Samsung” şirkəti ABŞ-ın “LoopPay” startapını alıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, mobil ödəniş xidmətlərinin inkişafına nə qədər diqqət ayrılsa da,  zəif inkişaf tempi qeydə alınır. “Apple”, “Google” , “eBay İnc” və “PayPal” kimi şirkətlər  istifadəçilərin  mağazalarda smartfon vasitəsi ilə ödəniş etməsi üçün  xidmətlər təklif edir.
Bununla belə, yeni ödəniş üsulunun işləməsi üçün tələb olunan avadanlıq və proqram təminatı infrastrukturuna  sahibkarlar həvəssiz  yanaşırlar.

“LoopPay” texnologiyasının üstünlüyü  kassalarda mövcud olan maqnit kartlarını oxuma avadanlığı ilə işləyə bilməsi və onları təmassız qəbuledicilərlə əvəz etməsidir.

“İconq Rhi Samsung” şirkətinin anons edilməyən layihəsinin rəhbəri xəbər verir ki, yeni istehsal edilən “Galaxy” smartfonları  bu servisi dəstəkləyəcək.
 
Aynur Vəliyeva
 




19/02/15    Çap et