Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azercell Telekom” şirkəti rouminqdə data xidmətlərinə 90% endirim tətbiq edib


“Azercell Telekom” şirkəti rouminq xidmətlərinin tariflərinin endirilməsi üzərində işlər aparır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Azercell” son bir ildə “Telia Sonera” qrupuna daxil olan operatorların şəbəkələrində rouminq xidmətlərinin tariflərinə əhəmiyyətli endirim edib.
 
“Ötən ilin nəticələrinə əsasən, “Telia Sonera” qrupuna daxil olan operatorların şəbəkəsində data xidmətlərinə 90%, səsli xidmətlərə isə 60-65% endirim tətbiq edilib. Bir qrupa daxil olmağımıza baxmayaraq biz hər bir operator ilə 5-6 dəfə görüşüb bu tarifləri hər iki tərəflə səmərəli şəkildə müzakirə etmişik və sonda qərar qəbul etmişik. Digər istiqamətlər üzrə də biz rouminq xidmətlərində endirim etmişik, lakin bu, daha çətin və ləng gedən prosesdir”, deyə şirkətin nümayəndəsi bildirib.
 
Qeyd edək ki, ötən ilin yayından  “Azercell” abunəçiləri rouminq xidmətlərinin açılması üçün tələb olunan depoziti ləğv edib.
 
Bundan əlavə, Rusiya, Türkiyə, Almaniya və Gürcüstanla rouminq servislərinə böyük endirimlər tətbiq olundu.
 
Həmçinin, beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə  aşağı olan yeni 1 dəq. üçün 0.32 qəp. tarifi tətbiq olunmağa başlanıb.
 
Aynur Vəliyeva  




20/02/15    Çap et