Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni, daha mükəmməl sifət tanınması alqoritmi hazırlanıb


Sifətin tanınması alqoritmləri yalnız xüsusi xidmət orqanları tərəfindən deyil, həm də bir çox şirkətlər tərəfindən istifadə edilir. İndi demək olar, hər yerdə bu texnologiya ilə qarşılaşmaq olar: sosial şəbəkələrdən başlayaraq (şəbəkəyə yüklənmiş fotoşəkillərdə insanlar avtomatik qeyd edilir) mobil əməliyyat sistemlərinə kimi (smartfon ön kamerasının obyektivi vasitəsilə sahibinin sifətini görərək onu "tanıyır"). Amma sifətin tanınması texnologiyası tam mükəmməl deyil. Amerikalı tədqiqatçılar tərəfindən təklif edilmiş yeni alqoritm insanı, hətta onun sifətinin natamam təsviri üzrə "tanıya" bilər.
 
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, "Yahoo Labs"ın tədqiqatçıları Saçin Farfad və Mohamməd Saberian, həmçinin Stenford Universitetindən Li Ca Li yeni sifət tanınması alqoritmini təqdim ediblər ki, bu da hazırda mövcud texnologiyanın analoqları ilə müqayisədə daha effektiv və sadədir.
 
Emil Hüseynov




20/02/15    Çap et