Britaniyalıların yarısı mobil bankçılıqdan istifadə edir
Böyük Britaniyanın yaşlı sakinlərinin təxminən yarısı (46 faiz) onlayn bankçılıq xidmətlərindən öz smartfonları vasitəsilə yararlanır. Əmanətçilərin daha üçdə bir hissəsi (37 faiz) bankların mobil əlavəsinə gündə ən azı bir dəfə daxil olur.
Tədqiqat mobil qurğular üçün maliyyə idarəçilik xidmətləri hazırlayan "Thinkmoney” təşkilatı tərəfindən aparılıb. Sorğu zamanı məlum olub ki, mobil bankçılıqdan daha çox cavanlar istifadə edir. Belə ki, 18-24 yaş qrupundan olan rəyi soruşulanların 69 faizi və 25-34 yaşlı respondentlərin 72 faizi bank əlavəsinə smartfon vasitəsilə daxil olur.
Bununla belə, daha yaşlı nəsil də mobil texnologiyalardan istifadəyə keçməyə hazırdır. 45-54 yaşlıların 41 faizi və yaşı 55-dən yuxarı olan britaniyalıların 21 faizi artıq mobil qurğularda maliyyə xidmətlərindən istifadə edir.
37 faiz mobil bankçılığa gündə bir dəfə daxil olur. Onlar arasında 44 faiz 25-34 yaşlı insanlardır.
Bu yaş qrupundan olan digər respondentlər smartfondan pul vəsaitlərinin idarə edilməsi üçün həftədə bir dəfə yararlanır.
Böyük Britaniyada mobil və onlayn bankçılığın geniş yayılmasına baxmayaraq əvvəlki tədqiqatlar göstərib ki, vətəndaşların əksəriyyəti pullarını hesabdan kağız çıxarışlar alanda özlərini daha rahat hiss edir, - "
Payspacemagazine” yazır.