“AT&T” bu gündən “Blackberry Passport” və “Classic” smartfonlarının satışına başlayır
Bu gündən etibarən Amerikanın AT&T telekommunikasiya operatoru “Blackberry passport” və “Classic” smartfonlarının satışına başlayıb.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Passport”un qiyməti ikiillik müqavilə imzalandıqda ayda 22 dollar tarifi ilə 200 dollar təşkil edəcək.
“Classic” modeli isə ikiillik müqavilə imzalandıqda ayda 14 dollar tarifi ilə 50 dollar təşkil edəcək. Bu, operatorun satış xəttində ən ucuz telefonlar olacaq, lakin aparat klaviaturadan başqa bu telefonların unikal proqram təminatı kimi əhəmiyyətli bir üstünlüyü yoxdur.
Aynur Vəliyeva