Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “E-ticarət zirvə toplantısı” keçirilib
Elektron Ticarət İcması (ETİ) və “Shopera.az”-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə Bakıda “E-ticarət zirvə toplantısı” keçirilib. Tədbirin məqsədi şirkət və bankların 2014-cü ildə elektron ticarət sahəsi üzrə olan hesabatlarının təqdimatı, həmçinin mövzu ətrafında müzakirələrin aparılması, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və cari il üzrə hədəflərin müəyyənləşdirilməsidir.
Toplantıda bankların faiz kart menecerləri, onlayn alış-veriş saytlarının rəhbərləri, pərakəndə satış şirkətlərinin nümayəndələri, mobil ödəmə sistemlərinin təmsilçiləri iştirak ediblər. Tədbirdə “Albalı Kart” meneceri Çingiz Abbasəliyev, “Baku Electronics”-in Marketinq şöbəsinin müdiri Şirəli Ələkbərov, “İdeal Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsi”nin Marketinq şöbəsinin müdiri Rafiq Vəliyev, “Rahat Marketlər Şəbəkəsi”nin Marketinq müdiri Kənan Şirinov, “YapıKredi Bank Azərbaycan”ın marketinq üzrə mütəxəssisi Məlahət Adilova, “Kapital Bank”ın Rəqəmsal marketinq şöbəsinin müdiri Rəşid Salehov, “Retail Fashion Group”-un marketinq meneceri Anar Heydərov, “Mobile Payment Systems” MMC-nin biznesin inkişafı üzrə direktoru Nigar Axundova, “Millikart” Ödəmə Sisteminin marketinq direktoru Nigar Rüstəmzadə, Qafqaz Universiteti Texnoparkının direktoru – İsa Qasımov, “Gozelevler.com”-un həmtəsisçisi Günel İsmayılova, “Shopera.az”-ın təsisçisi Rəşad Mehdiyev çıxış edərək, mövzu ilə bağlı fikirlərini paylaşıblar.
Qeyd edək ki, 2014-cü ilin iyununda Elektron Ticarət İcması və “Shopera.az” Türkiyənin “Sahibinden.com”, “Markafoni.com”, “Doğan Online”, “Google Türkiyə”, “Garanti Bankası”, “Evmanya.com”, “Akakce.com”, “KobiMaster” kimi iri ticarət platformalarının mütəxəssislərinin iştirakı ilə “eTicarət Master Class” adlı tədbir həyata keçirib.
Həqiqət İSABALAYEVA
20/02/15 Çap et