Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Visa” onlayn və mobil tranzaksiyaların həyata keçirilməsində 16 rəqəmli kart nömrələrindən imtina edir
“Visa” beynəlxalq ödəniş sistemi onlayn və mobil tranzaksiyaların həyata keçirilməsində 16 rəqəmli kart nömrələrindən imtina etmək niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Visa” ötən ilin sentyabrında “Visa Token Service” (VTS) yeni xidmətinin buraxılışını anons edib. Belə ki, bu texnologiya artıq köhnəlmiş ödəniş sistemini əvəzləmək üçün yaradılıb.
Hazırda artıq 599-dan yuxarı maliyyə təşkilatı “VTS”-ni tətbiq edir. Bu il ərzində isə bu texnologiyanı pərakəndə satış müəssisələri tətbiq etməyə başlayacaq.
Aynur Vəliyeva
21/02/15 Çap et