Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 24 mini ötüb


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.

“İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, “.az” domen zonasında ilin əvvəlindən qeydiyyatdan keçmiş  domenlərin sayı 24222 təşkil edir.
 
Domenlərin böyük əksəriyyəti (22444) “.az” domeninin payına düşür. Həmçinin 1062 “.com.az” domeni qeydiyyatdan keçib.
Növbəti yerlər aşağıdakı kimidir:
 
  1. “.pro.az”      1
  2. “.name.az”            13
  3. “.biz.az”       25
  4. “.info.az”          73
  5. “.co.az”        86
  6. “.pp.az”        35
  7. .int.az      42
  8. “.net.az”       76
  9. “.org.az”      136
  10. “.edu.az”         229
 
“.mil.az”, “.sheki.az” “.samux.az”, “.zaqatala.az”, “.gence.az”, “ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.
 
Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.
 
Emil Hüseynov
 
 
 




21/02/15    Çap et