Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gömrük ödənişlərini “Elektron hökumət” portalı üzərindən aparmaq mümkünləşib
Dövlət Gömrük Komitəsinin yeni elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, komitənin portala əlavə olunan “Gömrük ödənişləri” xidməti vasitəsilə gömrük ödənişlərini elektron qaydada aparmaq imkanı yaradılıb.
Bununla da komitənin “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 6-ya çatıb.
CAHANGİR
21/02/15 Çap et