Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram”ın gələcəyi necə olacaq?


“Cowen Group” analitik bürosu 2020-ci ildə “Instagram” xidmətindən istifadə edəcək istifadəçilərin sayı ilə bağlı proqnoz verib.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “Cowen Group” bürosundan hesab edirlər ki, sözügedən sosial şəbəkənin istifadəçilərinin sayı 2 dəfədən çox artaraq 680 milyona çatacaq.

Həmçinin aktiv hesabların sayı və elan verənlərin sayı artacaq. Beləliklə, 2020-ci ildə “Instagram” ildə 5,8 milyard dollar gəlir qazandıracaq. Müqayisə üçün, 2014-cü ildə sosial şəbəkə 700 milyon gəlir qazandırıb.

Məlumat üçün bildirək ki, “Facebook” 2012-ci ildə “Instagram” xidmətini 1 milyard dollara satın alıb.

Emil Hüseynov




23/02/15    Çap et