Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qərb bölgəsində 100 mindən artıq işçinin əmək müqaviləsi elektron-informasiya sisteminə daxil edilib
Azərbaycanda e-hökumət istiqamətində həyata keçirilən layihələr təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da reallaşdırılır. Hökumətin bir sıra istiqamətlərdə olduğu kimi, elektron əmək müqavilələrini təbliğ və təşviq etməsi yerlərdə də özünü doğrultmağa başlayıb.
Belə ki, görülən işlərin nəticəsi olaraq respublikanın qərb bölgəsində çalışan 100 mindən artıq işçinin əmək müqaviləsi elektron-informasiya sisteminə daxil edilib.
"ICTnews" elektron xəbər xidməti bildirir ki, bu barədə 21 saylı region üzrə dövlət əmək müfəttişliyinin rəisi Xaqani Səfərov məlumat verib. O deyib ki, işçilərin əmək müqaviləsinin elektron-informasiya sisteminə daxil edilməsi onların gələcəkdə pensiya təminatında mühüm rol oynayacağı nəzərə alınaraq reallaşdırılır.
X.Səfərovun sözlərinə görə, bu məqsədlə müfəttişliyin əməkdaşları hər gün yoxlamalar aparır, qanunun icrası ilə bağlı tədbirlər görürlər.
"Təkcə 2014-cü ildə yoxlamalar zamanı müəssisə və təşkilatlarda 60-a yaxın qanun pozuntusu aşkarlanıb ki, onun da təcili aradan qaldırılması təmin edilib" – deyə X.Səfərov bildirib.
SEYMUR
23/02/15 Çap et