Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Milli Kitabxanası öz elektron fondunu genişləndirir
Bu il Azərbaycan Milli Kitabxanası (AMK) öz elektron fondunun genişləndirilməsi ilə bağlı işlərə başlayıb. Bu məqsədlə AMK elektron kitabxananın xarici elektron informasiya bazaları ilə komplektləşməsini həyata keçirərək zəngin axtarış imkanlarına malik, dünyanın və Rusiyanın aparıcı “elibrary.ru” elektron elmi kitabxanasının rusdilli informasiya ehtiyatlarına abunə olub.
Kitabxanadan bildirilib ki, “elibrary.ru” platformasında Rusiyanın universal xarakterli (müxtəlif elm sahələrinə dair) elmi jurnallarının elektron versiyalarının tam mətnlərindən oxucuların istifadəsi artıq mümkündür.
Sözügedən materiallar oxuculara xidmət şöbəsinin elmi zallarında – “Dövri mətbuat”, “Humanitar”, “Dəqiq və texniki elmlər” zallarında, “Lokal şəbəkədən istifadə üzrə oxu zalı”nda olan kompüterlərə yüklənərək istifadəyə verilib.
Həqiqət İSABALAYEVA
23/02/15 Çap et