Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti yeni smartfonlarını nümayiş etdirib


Cənubi Koreyanın “LG” şirkəti “Mobile World Congress” (MWC) sərgisində orta sinif smartfonların yeni istehsal xəttini təqdim edəcək. Yeni istehsal xəttinə 4 model (“Magna”, “Spirit”, “Leon” və “Joy”) daxildir.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “LG Magna” modeli “in-cell touch” texnologiyasına malik 5 düymlük formatlı ekrana malikdir və dördnüvəli prosessorla təchiz edilib. 8 meqapiksellik əsas kameradan başqa smartfon 5 meqapiksellik ön kamera ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu 2540 milliamper/saat təşkil edir.
 
“LG Spirit” smartfonunun ölçüsü bir az yığcamdır, 4,7 düymlük ekranla təchiz edilib. “LG Leon” modeli 4,5 düymlük formatlı və “LG Joy” modeli 4 düymlük ekranla təchiz edilib.
 
4 modelin hər biri 1 QB-lıq əməli yaddaş və 8 QB-lıq daşıyıcı ilə təchiz edilib.
 
“LG Magna”, “LG Spirit”, “LG Leon” və “LG Joy” smartfonlarının tədarükünə artıq bu həftə başlanılacaq.
 
Emil Hüseynov




23/02/15    Çap et