Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mark Zukerberq qlobal layihəsi ilə bağlı müsahibə verib


“Facebook”un rəhbəri Mark Zukerberq öz “Internet.org” layihəsinə dəstək olaraq Hindistan və Cənub-Şərqi Asiyaya səyahətinin nəticələri ilə bağlı “Bloomberg”ə müsahibə verib. Layihənin məqsədi planetin bütün əhalisinin internetə çıxışını təmin etmək və onlara “Facebook” daxil olmaqla, standart internet xidmətləri dəstinə çıxış imkanı yaratmaqdır.
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Zukerberqin əsas fikri odur ki, planetin əhalisinin yalnız üçdə biri internetə qoşulub. Bu halda planetin əhalisinin üçdə ikisinin çox hissəsi internetə qoşulma üçün texniki və maliyyə imkanına malikdirlər, amma internetin onlara nə üçün lazım olduğunu başa düşmürlər. “Facebook” bu vəziyyəti dəyişdirmək üçün böyük vəsait xərcləməyə hazırdır.
 
“Facebook”la “Internet.org” çərçivəsində əməkdaşlığa başlayan ilk ölkə Zambiya olub və layihə bu ölkədə yaxşı nəticələnib. “Internet.org” layihəsi Asiyada İndoneziya, Malayziya və Filipin hökumətləri ilə əməkdaşlıq edir.
 
Emil Hüseynov




23/02/15    Çap et