Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən təhlükəli əməliyyat sistemlərinin adı açıqlanıb


“GFI” şirkətinin versiyasına görə, 2014-cü ildə daha çox boşluğa malik əməliyyat sistemlərinin (ƏS) reytinqdə birinci pillədə “Apple” şirkətinin “Mac OS X” ƏS-i yerləşib. “OS X” ƏS-də 147 boşluq aşkar edilib ki, onların da 64-ü yüksək risk səviyyəsinə malik boşluqlardır. “Apple”ın “iOS” mobil platforması ikinci pillədə (127 boşluq) qərarlaşıb. 119 boşluğa malik “Linux” ƏS-i üçüncü olub.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “GFI”-nin daha çox boşluğa malik ƏS-nin siyahısında növbəti yerlərdə “Windows”un müxtəlif versiyaları yer alıb.
 

“GFI” şirkətinin mütəxəssisləri, həmçinin proqramlar üzrə müvafiq statistika tərtib ediblər və “Internet Explorer” brauzeri liderdir. 2014-cü ilin nəticəsinə görə, təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən aşkar edilmiş boşluqların ümumi sayı 242-dir ki, onların da 220-si kritik statusa malikdir.
 
Eyni zamanda bu reytinqdə “Google Chrome” brauzeri ikinci pillədə qərarlaşıb. “Adobe Flash Player” plaqinində 76 boşluq aşkar edilib.

Emil Hüseynov




24/02/15    Çap et