BMT sülhməramlılara pilotsuz uçan aparatlardan istifadəni tövsiyə edib
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dərc edilən hesabatda sülhməramlı əməliyyatların keçirilməsi zamanı pilotsuz kəşfiyyatçı təyyarələrin sayının kəskin artırılması tövsiyə olunur.
Hesabat müəllifi, ekspert qrupunun rəhbəri Ceyn Holl Lutun sözlərinə görə, beynəlxalq sülhməramlı missiyalarda qoşunlarının iştirak etdiyi ölkələrin əksəriyyəti pilotsuz uçan aparatlardan istifadə ideyasını dəstəkləyir.
Lakin bəzi ölkələrdə pilotsuz uçan aparatlar tərəfindən toplanan kəşfiyyat məlumatlarının necə istifadə ediləcəyi ilə bağlı sual yaranıb.
C.Lut hesab edir ki, BMT tərəfindən pilotsuz uçan aparatlardan istifadəni tənzimləyən qaydaların hazırlanmasına ehtiyac var, - “
BBC” yazır.