Ötən il dünyanın 1800 təyyarəsi "Wi-Fi” ilə təchiz edilib
2014-cü ildə dünyanın müxtəlif aviaşirkətinin 1800-dən çox təyyarəsi “Wi-Fi” şəbəkəsinə çıxış imkanı ilə təchiz olunub.
Şəbəkədən istifadə üçün qiymətlər müxtəlif olub. Məsələn, Norveçin “Norwegian” aviaşirkətinə məxsus təyyarələrin göyərtəsində "Wi-Fi”dan istifadə pulsuz olduğu halda ABŞ aviaşirkətlərində 20 dollar təşkil edir.
Dünya aviaşirkətlərinin aviaparkında təyyarələrin sayı da fərqlidir: “American Airlines” (628 təyyarə), “Delta Air Lines” (443), “Lufthansa” (283), “British Airways” (277), “Air France” (256), “Aeroflot” (150), “Korean Air” (146), “Air India” (99), “China Airlines” (66), -
"IT Expert” yazır.