Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ məktəblilərinin “iPad” planşetləri ilə təmin edilməsi arzu kimi qaldı
Los-Anceles Birləşmiş Məktəb Dairəsi (LAUSD) 2014-cü ilin sonunadək bütün şagirdləri “iPad” planşet kompüterləri ilə təmin etməyi planlaşdırırdı. Birinci mərhələdə 31 min şagirdə sözügedən qurğu verilməli idi, halbuki layihənin sonunadək planşetlərin ümumi sayı 640 min təşkil etməli idi. Ancaq layihəyə düzəlişlər edilib.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “LAUSD”-un rəhbəri Reymon Kartines deyib ki, idarə şagird, müəllim və təhsil müəssisələrinin administrasiyasını “Apple”ın planşetləri ilə təmin etməkdən ötrü milyard dollar xərcləməyəcək.
"Bu mənə tamamilə mənasız gəlir – Kartines bildirib. Biz hələ kitabxanaların açılışı kimi fundamental məsələləri həll etməmişik, amma hamıya “iPad” planşeti paylamaq istəyirik". "Təhsil sahəsi pul üzərində sınaqlar aparılası yer deyil" – o deyib.
Emil Hüseynov
24/02/15 Çap et