Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq


Mobil qurğuların sayının artması ilə onlar üçün yaradılan proqramların sayı da artır. In-Stat analitiklərinin fikrincə, 2015-ci ilə kimi mediaplanşetlər və smartfonlar üçün proqram yükləmələrinin ümumi sayı 48 milyarda çatacaq. Şirkət bildirib ki, yükləmələrin həcminin artması sensorlu ekranlarla təchiz edilmiş smartfonların məşhurluğunu təmin edəcək. Bu il satılacaq 90% smartfon sensorlu ekran ilə təchiz olunacaq və gələcək illərdə bu nəticə 100% olacaq.
Şİstehsalçıların illik konfransında iri onlayn maqazinə sahib olan “Apple” bildirib ki, App Store çeşidində 425 000-dən çox proqram saxlanılır ki, onlardan 90mini Pad planşeti üçündür. In-Stat bildirib ki, “Apple” mobil qurğularının sahibləri daha tez-tez öz qurğularına proqram yükləməyə meyillidirlər. Belə ki, App Store işə salınandan bəri 14 milyard proqram yüklənib.
“Android” smartfonların istifadəçiləri “Apple” istifadəçilərindən heç də geri qalmırlar. Daha gənc layihə olan Google Android Market 200 000 pulsuz və pullu proqramdan ibarətdir, bununla belə 4.5 milyard proqram burdan yüklənib. Amma Blackberry əsasında qurğuların sahibləri “Apple” və “Android” istifadəçiləri ilə müqayisədə daha çox proqram yükləyirlər.




08/06/11    Çap et