Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sığorta Azərbaycan” mobil əlavəsinin təqdimatı keçirilib
Azərbaycan Maliyyə Nazirliyi yanında sığorta nəzarəti üzrə dövlət xidməti və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) "Sığorta Azərbaycan" mobil əlavəsinin təqdimatını keçiriblər.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, əlavəni "Android" və "iOS" platformalarında istifadə etmək olar.
Proqramda Azərbaycanda sığorta şirkətləri, sığorta məhsulları, məcburi sığorta tarifləri, sığorta bazarı xəbərləri haqda məlumat verilib.
Əlavə proqram Maliyyə Nazirliyinə sığorta şirkətlərinə şikayət göndərməyə, sığorta müqavilələrinin statusunu yoxlamağa, sığorta hadisələri haqda sığorta şirkətlərini məlumatlandırmağa imkan verir.
Aynur Vəliyeva
24/02/15 Çap et