Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “Siri” servisinə yeddi yeni dil əlavə edəcək


“Apple” şirkətinin “iOS 8.3”-ün beta versiyasının xarakteristikalarından aydın olub ki,   “Siri” servisinə yeddi yeni dil əlavə ediləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yaxın zamanda “Siri”yə holland, tay, türk, İsveç, portuqal, rus və s. dillər və ingilis dilinin dialektləri, o cümlədən Yeni Zelandiya dialekti əlavə ediləcək.
 
“Apple”  şirkəti “iOS 8.3” buraxılış tarixini açıqlamır, lakin KİV bunun martın ortasında  planlaşdırıldığını bildirib.
 
Əməliyyat sistemlərinin beta-versiyalarının xüsusiyyətlərindən məlum olub ki, “Apple” müxtəlif dəri rəngli və qeyri-ənənəvi ailələr üçün nəzərdə tutulmuş  “tolerant” smayldəstləri buraxıb.
 
Aynur Vəliyeva
 




24/02/15    Çap et