Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ericsson Mobility Report”: “Dünyada trafikin böyük hissəsini beş əlavə yaradır”
Genişzolaqlı internet bazarına həsr olunan aralıq "Ericsson Mobility Report” tədqiqatına görə, ən çox trafik həcmini beş əlavə yaradır. Bu əlavələr arasında axınlı video və sosial şəbəkələr servisləri liderdir.
2014-cü ilin dekabrında ABŞ-da liderlər üçlüyünə "Netflix” və “YouTube” daxil olub. Eyni zamanda Cənubi Koreyada üstünlük “AfreecaTV” р2р TV əlavəsinə və milli "NAVER” axtarış servisinə verilib. Tədqiq edilən ölkələrin hər birində əlavələr arasında mütləq lider "Facebook” olub.
Tədqiqatın nəticələrinə görə, trafikin artımı üzrə lider videodur. Proqnozlara görə, video trafikinin 2020-ci ilədək illik artımı 45 faiz olacaq. Yaxın altı ildə ümumdünya mobil video trafiki son altı ildə nail olunan göstəricini 17 dəfə ötəcək.
Sürətli artıma videonu dəstəkləyən qurğuların sayının artması, qurğu ekranlarının diaqonallarının böyüməsi və təsvir ölçüsünün yaxşılaşması zəmin yaradacaq. Bundan başqa, xəbərlər, reklam və sosial mediada videonun ümumi həcmi yüksəlir. Məsələn, “Twitter” istifadəçiləri videoçarxları fəal bölüşməyə başlayıb.
Dördüncü rübdə rabitə texnologiyaları arasında “LTE” texnologiyası yeni qoşulmaların sayına görə mütləq lider olub. Belə ki, “LTE” şəbəkələrində 110 milyon yeni qoşulma qeydə alınıb. İl ərzində dünyada smartfon qoşulmalarının sayı 40 faiz artıb və 2014-cü ildə 2013-cü ildəki 1,9 milyarda nisbətdə 2,7 milyarda çatıb.
Tədqiqata görə, il ərzində televiziya verilişlərinə baxan tamaşaçıların sayı və axınlı xidmət istifadəçilərinin say artımı azalıb. “Ericsson ConsumerLab” şirkətinin doqquz əsas ölkə istifadəçilərinin davranışına əsaslanan məlumatına görə, 2014-cü ildə sifariş üzrə gündəlik axınlı videoya tamaşa edən istifadəçilərin sayı televiziya tamaşaçılarının sayını ötüb. Buna “4G” texnologiyalarının yayılması, smartfon və planşetlərin artan populyarlığı və kontentə bütün əməliyyat sistemlərində işləyən müxtəlif qurğulardan çıxışı təmin edən istifadəsi sadə xidmətlərin yaranması xidmət edir, - "CNews” yazır.
25/02/15 Çap et