Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ekspert: “Apple” şirkəti innovasiyaları gəlirə dəyişdi


"iPhone" smartfonlarına böyük tələbat "Apple" şirkətinin yüksək maliyyə göstəricilərinə nail olmasına kömək edib.

Korporasiya ötən ilin dördüncü rübündə böyük uğur əldə edib: daha çox "iPhone" satıb və hər satışdan böyük gəlir qazanıb. Dünyada 3 ay ərzində 74,5 milyon "iPhone" satılıb ki, bu da ötən ilin müvafiq rübü ilə müqayisədə 46 faiz daha yüksəkdir. Ancaq korporasiyanın rekord nailiyyətləri analitikləri razı salmayıb. "Harvard Business Review" nəşrinin jurnalisti Xuan Pablo Vaskes Sampere əmindir ki, şirkət innovasiya qabiliyyətini itirib: daha yeni, inqilabi məhsullar təqdim edilmir.

"Bizə 10 il bundan əvvəl bir çox sahələrdə və kommunikasiya sahəsində inqilabi çevriliş etmiş korporasiya lazımdır. Amma "Apple" şirkətinin rüb ərzində başqa şirkətlərlə müqayisədə daha çox pul qazanması sözügedən korporasiyanın əvvəlki kimi fəaliyyət göstərməsi deməkdirmi? – müxbir yazıb.

Ekspert "iPhone" smartfonunun rekord satışını ekran ölçüsünün böyüdülməsi ilə izah edir. Smartfonun böyük diaqonallı ekranı innovasiya demək deyil, ancaq bu fakt "Apple" şirkətinin böyük gəlir qazanmasına imkan verib.
"Hər il təxminən 25 faiz artan smartfon bazarında "Apple" şirkəti son 3 ildə bazar payının təxminən 2 faizini itirib. Həm cari müştərilər, həm də "Apple"ın əvvəlki müştəriləri tədricən bu brenddən imtina edir.
"Bəzi məsələlər həmişəlik yoxa çıxdı: "Apple" bir vaxtlar sahədə və hətta bir sıra sahələrdə inqilab edir, satış üzrə rekordlar qırırdı, çünki bizim təsəvvür etmədiyimiz yeni texnologiya, yeni məhsul və ya hansısa bir funksiyalar təklif edirdi. O "Apple" artıq yoxdur. İndi bu şirkət yalnız öz əsas müştəriləri üçün digər şirkətlərin ən uğurlu həllərini köçürür. Bu, günümüzün tamamilə səmərəli strategiyasıdır, ancaq bu strategiya şirkətin yaxın gələcəyi ilə bağlı problemi həll etmir" – Samper deyib.
 

 
Bu, bizim gözlədiyimiz və ehtiyac duyduğumuz "Apple" deyil. Biz –  əsl müştərilər "Apple" şirkətinin bir çox sahələrdə inqilab edəcəyinə inanırıq. Şirkət yalnız gəlir üzrə hesabat verdikdə belə hiss yaranır ki, inqilabi çevrilişlər ləğv olunur.

Emil Hüseynov
 




25/02/15    Çap et