Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya mövzusu test proqramına salınıb


Dövlət qulluğuna qəbulla bağlı “İnformasiya texnologiyaları” üzrə Test Proqramına Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2014-cü il tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” mövzusu salınıb.
 
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə,  bu məlumat Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatda yer alıb.
 
 
Həmin Strategiyaya uyğun olaraq yeni test tapşırıqları hazırlanaraq ekspertizadan keçirilib və Test Bankına daxil edilib. 2015-ci ildə də Test Bankının yeni test tapşırıqları ilə zənginləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.
 
 
CAHANGİR




25/02/15    Çap et