Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IBM” və “ARM” şirkətləri “əşyaların interneti” üçün platforma yaradıblar
“ARM” və “IBM” şirkətləri birgə hazırladıqları “ARM mbed IoT Starter Kit” platformasını elan ediblər. Bu həll entuziastlara yeni "əşyaların interneti" cihazlarını yaratmaqda kömək edəcək.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, tərtibatçılar üçün dəst “ARM mbed OS” platforması əsasında yazılıb. Bu əməliyyat sistemi "bulud" platformasına əsaslanan müxtəlif hesablama qurğuları arasında məlumatların ötürülməsini asan şəkildə sazlamağa imkan verir. Yeni platforma bu il təqdim ediləcək. Dəyəri hələ ki açıqlanmayıb.
Hazırda "əşyaların interneti" bazarı – internetə çıxış imkanına malik ev texnikası yüksək templə inkişaf edir. Bununla belə, müxtəlif istehsalçıların cihazları bir-birinə uyğun olmadığından sözügedən texnologiyanın geniş yayılması üçün böyük problemlər yaradır. “ARM” və “IBM” şirkətlərinin platforması "əşyaların interneti" konsepsiyasını vahid şəklə salmaq üçün nəzərdə tutulub.
Emil Hüseynov
26/02/15 Çap et