Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Motorola” ikinci nəsil “Moto E” smartfonunu təqdim edib
Çin "Lenovo" şirkətinə məxsus "Motorola" ikinci nəsil "Moto E" smartfonunu təqdim edib. Əvvəlki modellə müqayisədə yeni qurğu daha böyük ekran, "LTE" dəstəyi və 2 dəfə artırılmış daxili yaddaşla təchiz edilib.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Motorola Moto E" smartfonu 960x540 piksel təsvir ölçülü 4,5 düymlük ekran, dördnüvəli "Qualcomm Snapdragon 410" prosessoru, avtomatik fokuslama sisteminə malik 5 meqapiksellik əsas kamera, 8 QB-lıq fləş daşıyıcı və "VGA" matrisli ön fotomodulla təchiz edilib.
Smartfona "Android 5.0 Lollipop" mobil əməliyyat sistemi quraşdırılıb.
"Moto" smartfonu, həmçinin "HSPA+", "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 4.0" və "GPS/QLONASS" simsiz kommunikasiyaları, 2390 milliamper/saat tutumlu akkumulyator batareyası və 1 QB əməli yaddaşa malikdir.
"Motorola Moto E" smartfonunun korpusunun qalınlığı 12.3 mm, çəkisi 145 qramdır. 150 dollar dəyərində smartfon artıq satışa çıxarılıb.
Emil Hüseynov
26/02/15 Çap et