Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropol 3 milyon kompüteri yoluxduran botnetin işini dayandırıb


Avropol tərəfindən koordinasiya edilən Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin kibercinayətkarlıqla mübarizə üzrə bölməsi (The National Crime Agency’s National Cyber Crime Unit, NCCU) İtaliya, Niderland və Almaniya hüquq-mühafizə orqanları ilə birlikdə “RAMNIT” virusu əsasında yaradılan “C&C” botnet serverlərinin fəaliyyətini dayandırıb. Serverlərdən biri Böyük Britaniyanın Gempşir şəhər dövlət portalında yerləşdirilib.  
 

Botnet zərərli proqram təminatını sayt və sosial şəbəkələrdə, eləcə də cinayətkarların “Windows” əməliyyat sistemi istifadəçilərinə fişinq məktublar şəklində göndərdiyi linklər vasitəsilə yayıb. Hakerlər virusdan fərdi məlumat, parol və loginlərin, həmçinin bank hesablarından pulların oğurlanması üçün istifadə ediblər.

 
Qeyd olunur ki, “RAMNIT” dünyada üç milyondan çox kompüteri yoluxdura bilər ki, bunun da 33 mini Böyük Britaniyada yerləşir. Əməliyyatlara həmçinin "Microsoft”, “Symantec” və “AnubisNetworks” şirkətləri cəlb edilib, - “SecurityLab” yazır.




27/02/15    Çap et