Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ hakimiyyəti internet provayderlərinə qarşı tələbləri sərtləşdirib


ABŞ Federal Rabitə Komissiyası (Federal Communications Commission, FCC) abunəçilərin keyfiyyətli rabitədən bərabər istifadəsini təmin etmək məqsədilə internet provayderlərinə qarşı tələbləri sərtləşdirib.

 
İndiyədək şirkətlər kontent üçün sürətin artırılmasına görə internet provayderlərinə əlavə ödəniş edirdilər. Bu halda provayderlər trafikdə manipulyasiyaya yol vermələri barədə abunəçilərə məlumat vermirdilər.   

 
Məsələ il ərzində geniş müzakirələrə səbəb olub, komissiyaya təşəbbüslə bağlı rekord dörd milyon rəy daxil olub.
 

İnternet fəallarının tətbiqinə çağırdığı yenilikləri dəstəkləyən ABŞ Prezidenti Barak Obama komissiyanın qərarını informasiya əsrində qələbə adlandırıb. Prezident hesab edir ki, düzəlişlər internet biznesində innovasiyaları qoruyacaq.
 

Lakin qaydalara edilən dəyişikliklər provayderlərin, eləcə də hökumətin məsələdə öz səlahiyyətlərini aşdığını, düzəlişlərin istehlakçılar üçün xərclərin artacağını hesab edən respublikaçıların etirazına səbəb olub, - “BBC” yazır.




27/02/15    Çap et