Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalı dövlət komissiyasının işini asanlaşdırıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya istifadə etdiyi sistem və elektron xidmətlərdə digər dövlət orqanlarının elektron xidmətlərindən istifadə etmək üçün “Elektron hökumət” portalının administrasiyasına bir neçə məsələ üzrə müraciət edib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu məlumat komissiyanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatda yer alıb.
Komissiya portal vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ünvan üzrə telefonun əldə edilməsi imkanından yararlanıb.
Bununla yanaşı, Təhsil Nazirliyinin ali məktəb məzunlarının diplom məlumatlarını əldə edib.
Komissiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidməti vasitəsilə istənilən şəxsin cari iş yerini öyrənib.
Eyni zamanda Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən istənilən şəxsin yaxın qohumları barədə məlumat alıb.
CAHANGİR
27/02/15 Çap et