Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerinin veb interfeysi “Firefox” və “Opera” üçün əlçatandır


“WhatsApp” öz eyni adlı mobil tətbiqinin masaüstü versiyasının imkanlarını genişləndirib. İndi genişlənmə şəklində işləyən texnologiya “Google Chrome” brauzerindən başqa “Firefox” və “Opera” brauzerlərində də işləyir. Bu haqda şirkətin rəsmi “Twitter”ində yazılıb.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “WhatsApp” messencerinin veb-versiyasına giriş üçün veb səhifədəki “QR” kodu telefona quraşdırılmış “WhatsApp” mobil tətbiqi vasitəsilə skaner etmək lazımdır, buna görə mobil qurğusuz mümkün deyil. Tərtibatçılar bunu nömrənin təsdiqlənməsi zərurətilə izah edirlər.
 
Maraqlıdır ki, veb-versiya mobil cihazı yalnız nömrənin təsdiqlənməsi üçün istifadə etmir. Veb-versiya telefonda akkumulyatorun şarjını müəyyən edir və əgər aparatın şarjı azdırsa, messencerin brauzer versiyası əlçatmaz olur.
 
"Bizim veb-klientimiz – bu, sadəcə telefonunuzun genişlənməsidir: veb-brauzer mobil qurğudakı mesajları göstərir. Bu o deməkdir ki, sizin bütün mesajlarınız əvvəlki kimi telefondadır" – “WhatsApp”dan belə izah ediblər.
 
Emil Hüseynov




27/02/15    Çap et