Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google SketchUp” proqramında ən yaxşı üçölçülü model” müsabiqəsinin təşkili üçün 10 mərkəz yaradılıb
Bakı və Sumqayıt məktəbliləri üçün növbəti dəfə təşkil edilən "Google SketchUp" proqramında ən yaxşı üçölçülü model" müsabiqəsində iştirak etmək üçün 225 şagird qeydiyyatdan keçib.
Müsabiqəni Azərbaycanın müxtəlif bölgələrində keçirmək üçün 10 mərkəz yaradılıb.
Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqədə verilən tapşırıqlar eyni zamanda bütün mərkəzlərə ötürüləcək:
"Mərkəzlərdə kompüterlərin sayı məhdud olduğuna görə şagirdlərin özləri ilə noutbuk gətirməsi də tövsiyə olunur".
Qeyd edək ki, müsabiqə VIII sinif şagirdləri arasında təşkil edilir. İştirakçılardan müsabiqənin davam etdiyi 1,5 saat ərzində fotoşəkildə göstərilmiş obyektin "3D" modelinin hazırlanması tələb olunacaq.
Müsabiqəyə təqdim edilən işlər ekspertlər tərəfindən qiymətləndiriləcək. Seçim meyarlarına modelin orijinala uyğunluğu, xarici görünüş, minimum hazır komponentlərdən istifadə kimi şərtlər daxildir.
Həqiqət İSABALAYEVA
27/02/15 Çap et