Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzDataCom”un internet xidmətindən yararlanan şirkətlərin sırasına yeniləri qoşulub


Data kanallar və ayrılmış xətlər vasitəsilə “AzDataCom”dan internet xidməti alan şirkət və müəssisələrin sayı artıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, İnkişaf üçün maliyyə MMC, “Avromed” MMC, “Easypay” MMC, “Modenis” MMC və digər şirkətlər sözügedən internet xidmətinə qoşulub.
 
Öncədən qoşulan şirkətlərdə də sürət artımları və yeni  qoşulmalar olub.
 
Görülən tədbirlər nəticəsində genişzolaqlı internet xidmətlərinin satış həcmi Bakı və regionlarda 2014-2015-ci ilin əvvəlinə 20% artıb və ADSL istifadəçilərinin sayı 4.430 nəfərə  çatıb.
 
CAHANGİR
 
 
 
 




27/02/15    Çap et