Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yüksək texnologiyalar üzrə təsnifat hazırlanacaq


Azərbaycanda yüksək texnologiyalar üzrə təsnifatın hazırlanması nəzərdə tutulur.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) cari ildə ölkəmizdə informasiya cəmiyyətinin inkişafı istiqamətində görəcəyi işlər çərçivəsində reallaşacaq.
 
Bununla yanaşı, respublika vətəndaşlarına rəsmi elektron poçt ünvanlarının verilməsi planlaşdırılır.
 
İnformasiya kioskları şəbəkəsinin poçt şöbələrində, telekommunikasiya və telefon qovşaqlarında quraşdırılması və əhalinin elektron xidmətlərdən, elektron imzadan istifadə bacarıqlarının inkişaf etdirilməsi də görüləcək işlər sırasındadır.
 
CAHANGİR





27/02/15    Çap et