Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LTE” abunəçilərinin xalis artımı ilk dəfə “3G” abunəçilərinin sayını ötüb


2014-cü ilin dördüncü rübündə qlobal “LTE” abunəçilərinin xalis artımı ilk dəfə yeni “3G” şəbəkəsi istifadəçilərinin sayını ötüb.

Bu barədə “Ericsson” şirkətinin hesabatında deyilir. İsveç istehsalçısının hesabatına əsasən, “LTE” abunəçilərinin sayı 31 dekabr 2014-cü ilədək 110 milyon artaraq 500 milyona çatıb. Bu, 65 milyon artan “WCDMA/HSPA” abunəçilərinin analoji göstəricisini üstələyir. Bununla yanaşı, “2G-only” abunəçilərinin sayı 65 milyon azalıb.
 
“Ericsson”un proqnozuna görə, 2020-ci ilin sonunadək dünyada “LTE” abunəçilərinin sayı 3,1 milyardadək, "HSPA” bağlantılarının sayı 2,3 milyardadək artacaq. Gözlənilir ki, 2015-2020-ci illərdə “LTE” abunəçilərinin 60 faizi Asiya-Sakit okean regionundan qoşulacaq, qalan 40 faiz dünyanın digər ölkələri arasında bərabər bölünəcək. 
 
Qeyd olunur ki, Asiya-Sakit okean regionu 2020-ci ilədək smartfon məlumat trafikinin 50 faizini generasiya edəcək. Həmçinin bir abunəçi üçün mobil məlumatlardan aylıq istifadə 3,2 giqabayt təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, ABŞ-da bu göstərici 6, Qərbi Avropada 6,5 giqabayta bərabər olacaq, - “Telekomza” yazır.  
 




28/02/15    Çap et