Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mail.ru group” mobil reklamın idarə edilməsi üçün vahid platforma yaradır


“Mail.ru group” mobil reklamın idarə edilməsi məqsədi ilə vahid bir platforma yaradır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu platforma “Mail.ru group”un bütün bölmələrini əhatə edəcək. Gələcəkdə isə sistemin kənar müştərilərini də əhatə edəcəyi gözlənilir.
 
Şirkətin direktorlar şurasının rəhbəri Dmitri Qrişin bildirib ki, mobil reklamın inkişafı 2015-ci ildə “Mail.ru”nun əsas fəaliyyət istiqamətidir.  
 
"Bu bizim reklam gəlirlərimizin gələcəyidir. Biz bütün resurslarımızı bu istiqamətə yönəldirik ", - deyə o bildirib.
 
Aynur Vəliyeva




28/02/15    Çap et