Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Panasonic” şirkəti 64 bitlik smartfonunu buraxıb
Yaponiyanın “Panasonic” şirkəti 64 bitlik prosessorla (dördnüvəli “Snapdragon 410”), həmçinin “Android 5.0 Lollipop” əməliyyat sistemi ilə idarə olunan “Eluga U2” smartfonunu nümayiş etdirib. Qurğunun dəyəri 255 dollar təşkil edir, ancaq cihazın Asiya bazarından kənarda satışa çıxarılacağı məlum deyil.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Panasonic Eluga U2” smartfonu “HD” formatlı 5 düymlük “IPS” ekranı, 2 QB əməli və “microSD” slotu hesabına genişləndirilən 16 QB-lıq daxili yaddaş 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz olunub.
Smartfonun ölçüləri 141,5×71×7,95 mm, çəkisi 131 qram təşkil edir, akkumulyator batareyasının tutumu 2500 milliamper/saatdır.
Emil Hüseynov
28/02/15 Çap et