Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Mac OS X” istifadəçilərinə xəbərdarlıq edib
Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi “Mac OS X” istifadəçilərinə öz antivirus bazalarını yeniləməyi və kompüterlərini viruslara görə yoxlamağı tövsiyə edir.
Mərkəzin tövsiyəsinə “Mac OS X” istifadəçilərinin Opinionspy troyanına yoluxma təhlükəsinin yaranması səbəb olub.
Sözügedən zərərverici istifadəçini izləyə və konfidensial məlumatları həmçinin, istifadəçinin brauzerdəki iş prosesini məsafəli (remote) serverə ötürə bilir.
Virus kompüterin şəbəkə kartı vasitəsilə keçən trafiki analiz etmək gücünə malikdir. Ani yazışma mübadiləsi proqramları (Microsoft Messenger, Yahoo! Messenger, AIM, iChat) üçün göndərilən şəbəkə paketlərini tuta bilir.
Troyan saytlarda yayılır və “Mac OS X” üçün proqram təminatı yükləməyi təklif edir. Yükləmə prosesi zamanı administrator imtiyazları əldə edən troyan sistemdə də öz işini administrator kimi davam etdirir. Əgər instalyasiya mərhələsində proqramı yükləmək pəncərəsində “I Disagree” seçilsə, kompüterə yalnız istifadəçinin internetdən endirdiyi hər hansı casus tərkibi olmayan proqram yüklənəcək. Əgər istifadəçi “I agree” variantını seçsə, endirdiyi proqramdan əlavə PremierOpinion tətbiqetməsi yüklənəcək.
CAHANGİR
28/02/15 Çap et