Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brauzer bazarındakı vəziyyət qiymətləndirilib


“Net Applications” analitik şirkəti “NetMarketShare” xidmətinin köməyi ilə qlobal brauzer bazarındakı vəziyyəti qiymətləndirib.

“Net Applications” şirkətinin 2015-ci ilin fevralına olan məlumatına görə, “Internet Explorer” brauzeri dünyada fərdi kompüter (FK) istifadəçiləri arasında ən tələbatlı olaraq qalır, ancaq bu brauzerin bazar payı 58.18-dən 57,38 faizədək azalıb.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Chrome” brauzeri öz mövqeyini sabit olaraq gücləndirir. “Google” şirkətinə məxsus brauzerin bazar payı 25 faizə yaxınlaşır.
11.6 faiz göstəriciyə malik “Firefox” fevralda ən populyar masaüstü brauzerlər arasında üçüncü olub.

“Safari” brauzerinin populyarlığının azalması diqqət çəkib. “Apple” şirkətinə məxsus brauzerin payı ilk dəfə 5 faizdən aşağı olub: 2015-ci ilin fevralında 4.84 faiz təşkil edib. Analitiklər “Safari” brauzerinin populyarlığının azalması səbəbini açıqlamayıblar.

Emil Hüseynov
 




03/03/15    Çap et